Türkiyəli siyasətçi, prezidentliyə keçmiş namizəd Sinan Oğan sərhəddə baş verən gərginlik fonunda Azərbaycana dəstəyini ifadə edib. Bu barədə İnsanoid bu gün, 8 sentyabr tarixində xəbər verir.
O, “X” sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Xankəndi Türk dünyasının qürurudur”.
Siyasətçinin tvitində çevrilmiş “A” hərfi də diqqət çəkib. Sosial şəbəkədə ordumuzun son zamanlar sözügedən simvoldan istifadə etdiyi qeyd olunub.