TÖVSİYƏ XƏBƏRLƏR

Türkiyənin ilk pilotsuz su gəmisinin sınaqlarına başlanılıb

Türkiyədə silahla təchiz edilmiş ilk pilotsuz gəminin (SİDA) sınaqlarına başlanılıb. Bu barədə Report 26 may tarixində xəbər verib.

Bu gün hərbi texnika ilk dəfə olaraq, dənizə buraxılıb və sınaq uğurlu olub.

ARES şirkətinin istehsalı olan ULAQ pilotsuz gəmisinə 12,7 millimetr kalibrli pulemyotlar yerləşdirilib.

Eyni zamanda hərbi texnikada yerli istehsal olan motorlardan istifadə olunub. ULAQ dənizdə yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

Pilotsuz gəminin ilin sonuna istifadəyə verilməsi gözlənilir.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx