Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənın milli müdafiə naziri Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.
Bu barədə 26 avqust tarixində Müdafiə Nazirliyi məlumat verib.
Səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlığın müxtəlif aspektlərinin, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.