TÖVSİYƏ XƏBƏRLƏR

Türkmənistanın Baş prokurorunun müavini, Qırğızıstan və Rusiya Federasiyasının isə Baş prokurorları Azərbaycana gəliblər

Baş prokuror Kamran Əliyevin dəvətilə bir çox ölkələrin rəsmi nümayəndələri Azərbaycan işgüzar səfərə gəliblər. Bu barədə İnsanoid Baş Prokurorluğun mətbuat xidmətinə istinadən bu gün, 14 sentyabr tarixində xəbər verir.

Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıev, Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşevin rəhbərlik etdiyi nümayəndə heyəti və Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycana gəliblər.

Onlar Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdədirlər.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx