Şuşa atəşə tutulub

Avqustun 20-də saat 01:23-dən etibarən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi yaxınlığında yerləşən Azərbaycan mövqeləri istiqamətinə fasilələrlə atəş açılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Avqustun 19-da isə saat 17:24-dən etibarən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində Azərbaycan mövqeləri atıcı silahlardan atəşə tutulub.

Ermənistan cavab atəşilə susdurulub.

Azərbaycan ordusu sıralarında itki yoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şuşa atəşə tutulub”

Tövsiyə xəbərlər