Azərbaycan Milli Kitabxanasında “Şuşa ili”nin açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı.Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. Bu barədə fevralın 7-də Report məlumat yayıb.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxananın direktoru Kərim Tahirov,Xalq yazıçısı Elçin Əfəndiyev və digər ictimaiyyət xadimləri iştirak ediblər.
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində bu vaxta kimi 60 mindən artıq kitab fonda daxil edilib”, – nazir yeni kitablardan danışarkən vurğulayıb.
Təqdimat Milli Kitabxananın kitab sərgisinin nümayişi ilə davam etdirilib.