Şuşa istiqamətində yerləşən mövqelər atəşə tutulub

Sentyabrın 3-də saat 01:00-dan 02:15-dək Şuşa istiqamətində yerləşən mövqelər intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Hadisə ilə bağlı Rusiya sülhməramlıları və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

“Azərbaycan Ordusunun hərbi qulluqçularının gördüyü tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycanın qanunları çərçivəsində adekvat tədbirlər görüləcək”, – məlumatda bildirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şuşa istiqamətində yerləşən mövqelər atəşə tutulub”

Tövsiyə xəbərlər