Avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq.
Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək.
Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.