Şuşada Üzeyir Hacıbəyli Musiqi Festivalı keçiriləcək

Sentyabrın 18-dən 24-dək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konsertlərindən biri Şuşada keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Sentyabrın 18-də xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və solistlərin çıxışı ilə Şuşada açıq havada konsert təşkil olunacaq. Tədbirdə, həmçinin ABŞ və Polşadan olan musiqiçilərin də iştirakı planlaşdırılır.

Festivalda “Üzeyir sənətinin gənclik sədaları” proqramı çərçivəsində gənclərə səhnədə çıxış etmək şansı veriləcək.

Festival çərçivəsində Bakı, Gəncə, Ağdamda da bir neçə tədbirin təşkili planlaşdırılıb.

Pandemiya ilə əlaqədar festivalda yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə iştirak etmək mümkün olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şuşada Üzeyir Hacıbəyli Musiqi Festivalı keçiriləcək”

Tövsiyə xəbərlər