Şuşa şəhərinin loqotip dizaynı müsabiqəsi elan edilib. Bu barədə sentyabrın 10-da Report məlumat verib.
Müsabiqə şərtləri aşağıdakılardır:
- Müsabiqəyə təqdim edilən işlər 30 sentyabr 2021-ci ilə qədər [email protected] email ünvanına göndərilməlidir;
- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir;
- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s.) 100 sözdən artıq olmamalıdır;
- İndiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər;
- Bir iştirakçı bir ədəddən çox dizayn təqdim edə bilər. Hər dizayn ayrı elektron məktubla göndərilməlidir;
- JPG formatlı loqotipin ölçüsü minimum 1280×960 olmalıdır;
- Loqo ilə bağlı əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.
I yer üçün 3000 AZN, II yer – 2000 AZN, III yer – 1000 AZN pul mükafatı nəzərdə tutulub.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.