Şuşa şəhərinin simvollarından olan “İsa bulağı” tam bərpa edilib. Bu haqda 9 sentyabr tarixində Şuşanın Dövlət Qoruğu İdarəsinin sədri Məftun Abbasov öz Twitter hesabında bildirib.
Sədrin sözlərinə görə, bulaq milli ornamentlərdən istifadə edilərək mərmərdən hazırlanıb.