TÖVSİYƏ XƏBƏRLƏR

Uçan avtomobil Sian çayını keçib

Çin istehsalı olan “XPeng X2” uçan avtomobili 4 dəqiqə havada qalaraq 1,5 km məsafə qət edib və Sian çayını keçib. Bu barədə İnsanoid bu gün, 30 avqust tarixində xəbər verir.

Bu iki nəfərlik avtomobil, hər birinin çəkisi 80 kq-a qədər olan iki sərnişini daşıya bilər. Əsasən, karbon materiallardan hazırlanıb.

Avtomobilin daşıya biləcəyi yük 160 kq-dır.

Dörd mühərriki olan əksər adi dronlardan fərqli olaraq, “Voyager X2” oktokopterdir – hər qanadda əlavə güc təmin edən və mühərrik nasazlığı zamanı etibarlılığı artıran bir cüt mühərrik və pərvanə var. Bir neçə mühərrik bir anda uğursuz olarsa, paraşüt işə salınır.

Akkumulyatorun tutumu açıqlanmır, lakin məlumdur ki, “X2” havada cəmi 25 dəqiqə qala bilir.

Uçan avtomobil Sian çayını keçib
Foto carnewschina.com saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx