Ucarda qadının evinə naməlum şəxslər basqın ediblər. Bu barədə Report 17 fevral tarixində məlumat verib.
Bu barədə Ucar rayon sakini Nurayya Həsənova polisə ərizə ilə müraciət edib.
O, yaşadığı evdə tək olduğu vaxt üzündə qara maska olan iki nəfərin basqın etdiyini və ǝl-qolunu yapışqan lentlə bağlayıb yataq otağında olan döşəklərin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmələrinə əsaslı şübhələr müəyyən edilən Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.
Faktla bağlı araşdırma aparılır.