Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda İnsanoid noyabrın 26-da APA-ya istinadən xəbər verir.
Hadisə rayonda fəaliyyət göstərən dönərxanada baş verib. Rayon sakini, 2006-cı il təvəllüdlü Rüfət Əliyev həmyaşıdı və həmyerlisi Əli İmanova ona nisyə dönər vermədiyi üçün bıçaqla xəsarət yetirib.
Yaralı təcili olaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.