Ucarda 40 kiloqramdan çox narkotik aşkarlanıb

“Xaş-xaş-2021” əməliyyat-axtarış nəticəsində 1 sentyabr tarixində Ucar rayon sakini narkotik kultivasiyasına görə saxlanılıb. Vətəndaşın evinin istixanasında yaş çəkisi 40 kiloqramdan artıq olan 38 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Bu barədə DİN məlumat verib.

Saxlanılan şəxs çətənə bitkilərini iyul ayından yetişdirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ucarda 40 kiloqramdan çox narkotik aşkarlanıb”

Tövsiyə xəbərlər