Ucarda toy şənliyində qonşusuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Maarif Xəlilovun məhkəməsi başlayır. Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
Hadisə ötən ilin sentyabrında Ucar rayonunun Küçəkənd kəndində baş verib.
Belə ki, kənddə keçirilən toy şənliyində olan iki qonşunun mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 1971-ci il təvəllüdlü M.Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.
M.Xəlilova qarşı cinayət işi başlanıb.