Ucarda keçirilən toy məclisində bir nəfər bıçaqlanıb. Bu haqda noyabrın 6-da APA xəbər yayıb.
İki qonaq arasında baş vermiş mübahisə nəticəsində 1983-cü il təvəllüdlü Seymur İsmayılov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxsin tutulması üçün tədbirlər davam edir.