Ucarda baş verən yol qəzasında on nəfər xəsarət alıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.
Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyota”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 55 yaşlı Mehparə Xudayeva, 67 yaşlı Solmaz Xudayeva, Qazaxıstan vətəndaşları – 23 yaşlı Rutkay Ceylan, anası 48 yaşlı Marqarita Ceylan və atası, Türkiyə vətəndaşı 56 yaşlı Riza Ceylandır.
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.
Ucar-Zərdab yolunun Lək kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparılır.