TÖVSİYƏ XƏBƏRLƏR

Ucarda zibillikdən silah-sursat tapılıb

Ucar rayonunda hərbi sursat aşkarlanıb. Bu barədə 17 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Ucar Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Qeyd olunan ərazidən 1 ədəd “TOZ-8” markalı silah, 1 ədəd UZRQM partladıcı, 221 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif növ döyüş sursatının hissələri aşkarlanıb.

Həmçinin keçirilən profilaktiki-nəzarət tədbirləri zamanı rayonun Alpout, Qaradağlı və Şahlıq kənd sakinlərindən ümumilikdə dörd ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.