UEFA Avropa Liqası: Neftçi klubu HİK komandasına məğlub olub

Avqustun 12-də Finlandiyanın paytaxtı Helsinkidə Neftçi – HİK klublarının cavab qarşılaşması komandamızın məğlubiyyəti ilə başa çatıb. Görüş 3:0 hesabı ilə rəqibin xeyrinə bitib.

İlk oyun Bakıda avqustun 3-də “Bakcell Arena”-da 2:2 hesabı ilə yekunlaşıb.

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Neftçi” növbəti oyunu İsrailin “Makkabi” (Hayfa) klubu ilə keçirəcək. Oyun avqustun 19-u saat 21:00-da “Bakcell Arena”da olacaq.

Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Keşlə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıblar.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “UEFA Avropa Liqası: Neftçi klubu HİK komandasına məğlub olub”

Tövsiyə xəbərlər