2020/21-ci il mövsümünü əhatə edən “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində UEFA 7 Azərbaycan klubuna 510 min avro (968,5 min manat) vəsait ayırıb. Bu barədə AFFA-nın rəsmi səhifəsində məlumat yayılıb.
Vəsait Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına köçürülüb. “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə” klublarına 72 866 avro vəsait ödənilib.