UEFA Azərbaycanın iki klubuna ödəniş edib. Bu barədə İnsanoid AFFA-nın rəsmi saytına istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
“Qarabağ” və “Qəbələ” (Gənclər Liqası) Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərə qatıldıqları üçün müvafiq olaraq, 403 600 və 25 500 avro maliyyə vəsaiti alıblar.
Məbləğ AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.