TÖVSİYƏ XƏBƏRLƏR

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb. Bu barədə 15 sentyabr tarixində Report məlumat verib.

Bu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda baş verən hadisələrlə bağlıdır.

Ermənistan Futbol Federasiyası stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.

Bundan başqa, azarkeşlər həmin görüşdə protexniki vasitələrdən istifadə ediblər və oyun nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər.

Xatırladaq ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin “bayrağı”nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx