Avqustun 12-də “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda cavab oyununda Kiprin AEL klubuna 1:0 hesabı ilə qalib gəlib.
Matçın 87-ci dəqiqəsində Kadi Borgesin fərqlənməsi ilə “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
5 avqust tarixində Kiprdə keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşıb.
Pley-off mərhələsində “Qarabağ” Şotlandiyanın “Aberdin” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 19-da Bakıda, cavab oyunu isə həmin ayın 26-da səfərdə keçiriləcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.