Avqustun 19-da Bakıda “Qarabağ” və Şotlandiyanın “Aberdin” komandaları UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 30-cu dəqiqədə “Qarabağ”ın oyunçusu Xayme Romero açıb.
Komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada keçiriləcək.
Eyni gündə Bakının “Neftçi” klubu “Bakcell Arena”da İsrailin “Makkabi Hayfa” klubunu qəbul edib. “Neftçi” – “Makkabi” matçı 3:3 hesabı ilə yekunlaşıb. Cavab oyunu bir həftə sonra İsraildə baş tutacaq.