Bu gün, avqustun 11-də UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakının “Neftçi” klubu Avstriyada “Rapid”in qonağı olacaq.
Bakı vaxtı ilə saat 22:30-da başlayacaq oyun Vyanadakı “Allianz” stadionunda keçiriləcək. Qarşılaşmanı FİFA referisi Rohit Saqqi idarə edəcək.
Bakıda keçirilən ilk oyunda “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlmişdir.
Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.