TÖVSİYƏ XƏBƏRLƏR

UEFA Konfrans Liqası: “Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb

Dünən, iyulun 28-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”, “Qəbələ” və “Zirə” klubları cavab oyunlarını keçiriblər.

İlk oyunda 0:2 hesabı ilə Kiprin “Aris” klubuna məğlub olan “Neftçi” rəqibin qapısına üç cavabsız top keçirərək növbəti mərhələyə vəsiqə qazanıb. Kiprlilərin qapısına qolları 38-ci dəqiqədə Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov, 63-cü dəqiqədə isə Kenni Sayef vurublar. Növbəti mərhələdə ağ-qaralıların rəqibi Avstriyanın “Rapid” klubu olacaq.

Qəbələnin eyni adlı komandası Macarıstanın “Fehervar” kollektivini qəbul edib. İlk oyunda səfərdə 1:4 hesabı ilə məğlub olan qəbələlilər ev oyununda 2:1 hesabı ilə qələbə qazana biliblər, lakin bu hesab mərhələ adlamaq üçün kifayət etməyib. Oyunda ilk qolu 34-cü dəqiqədə Rövlan Muradov vurub. Rəqib 44-cü dəqiqədə Budu Zivzivadzenin qolu ilə hesabı bərabərləşdirə bilib. Oyunda qələbə qolunu isə 73-cü dəqiqədə Felipe Santos vurub.

“Zirə” komandası isə səfərdə İsrailin “Makkabi”si ilə qolsuz heç-heçə edib. Xatırladaq ki, ilk oyunda zirəlilər 0:3 hesabı ilə məğlub olublar.

Beləliklə, “Qəbələ” və “Zirə” kollektivləri avrokuboklarla vidalaşıblar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx