5 avqust tarixində “Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL komandası ilə qarşılaşıb. Səfərdə keçirilən oyun 1:1 hesabı ilə bitib.
Meydan sahibləri penaltidən fərqlənməklə hesabı açıblar. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.
Kipr azarkeşləri qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov baş hakimə bununla bağlı etirazını bildirib. Oyunda məcburi fasilə yaranıb. Görüş bir neçə dəqiqə sonra davam edib və 1:1 hesabı ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. Cütün qalibi pley-offda “Breidablik” (İslandiya) – “Aberdeen” (Şotlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.