Avqustun 5-də Kiprin Larnaka şəhərində Qarabağ-AEL oyunu baş tutacaq. Görüş “AEK Arena”da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Cavab oyunu avqustun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Daha öncə Qarabağ İsrailin Aşdod komandası ilə qarşılaşıb. İlk oyun iyulun 22-də heç-heçə ilə, ikinci oyun isə iyulun 29-da 1:0 Qarabağın qalibiyyəti ilə nəticələnib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.