Ukrayna aviaşirkəti Odessa-Gəncə reyslərini həyata keçirəcək

Ukraynanın “Bees Airline” aviaşirkəti 2021-ci ilin oktyabr ayından etibarən Odessa-Gəncə reyslərini həyata keçirməyə başlayacaq. Bu barədə Ukrayna mətbuatı sentyabrın 2-də məlumat yayıb.

Odessa və Gəncə arasında reyslər həftədə iki dəfə həyata keçiriləcək.

Ukrayna Beynəlxalq Hava Yolları həftədə iki dəfə Kiyev-Bakı-Kiyev marşrutu üzrə sərnişin daşıyır. “SkyUp” aviaşirkəti isə həftədə iki dəfə Lvov-Bakı-Lvov marşrutu üzrə uçuşlar həyata keçirir.

Beer Airline 2019-cu ildə yaranan Ukraynanın aşağıbüdcəli aviaşirkətidir. Şirkət ilk uçuşunu 2021-ci ilin mart ayında Misirə həyata keçirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ukrayna aviaşirkəti Odessa-Gəncə reyslərini həyata keçirəcək”

Tövsiyə xəbərlər