Ukrayna səfiri: "20 Yanvar Azərbaycan tarixinin ən faciəli günlərindən biridir"

Ukrayna səfiri: “20 Yanvar Azərbaycan tarixinin ən faciəli günlərindən biridir”

“Qara Yanvar” kimi tanınan 20 Yanvar 1990-cı il Azərbaycan tarixinin ən faciəli günlərindən biridir”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook”da paylaşım edib.

“Məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet maşını sovet ordusunun hərbi hissələrinə Bakıya daxil olmağı və dövlətinin müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparan Azərbaycanın dinc əhalisinə qarşı həyasızcasına qətliam törətmək barədə cinayət əmri vermişdir.

Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, qorxuda, müstəqillik susuzluğunu boğa bilmədi.

Tezliklə “Qara Yanvar” hadisələri Sovet İttifaqının digər əsarət altında olan ölkələrində, o cümlədən Ukraynada müstəqillik hərəkatlarının güclənməsinə təkan verdi, bu ölkələrin xalqına çoxdan gözlənilən azadlığı verdi.

Başınız sağ olsun, unutmadıq”, – paylaşımda bildirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx