Ukraynanın Donetsk vilayətində azərbaycanlı ailə raket zərbələri nəticəsində həlak olub. Bu barədə iyulun 5-də Report məlumat yayıb.
Hadisə Svyatoqorsk rayonu ərazisində baş verib. Həmin ölkənin vətəndaşı olan Eldar Rzayevin evi artilleriya atəşinə məruz qalıb.
O və azərbaycanlı həyat yoldaşı yaşadıqları evlərində yanaraq dünyalarını dəyişiblər.