TÖVSİYƏ XƏBƏRLƏR

Ukraynada yaşayan azərbaycanlı rəssam vəfat edib

Uzun illərdir Ukraynada yaşayan azərbaycanlı rəssam, diaspor fəalı Əsgər Cavadov vəfat edib.

Bu barədə İnsanoid Report-a istinadən bu gün, 7 noyabr tarixində xəbər verir.

Mərhumun qohumu Şükür Şıxəliyevin bildirdiyinə görə, dəfn mərasimi bu gün saat 14:00-da Xırdalan qəbiristanlığında baş tutub.

Məlumata görə, 1962-ci il təvəllüdlü Əsgər Cavadov ağciyər xərçəngindən əziyyət çəkirmiş.

“Sentyabrın 12-də Xorvatiyaya sərgiyə getmişdi. Sentyabrın 20-si oradan Azərbaycana qayıtdı. İki ay idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi”, – mərhumun yaxını qeyd edib.