Ukraynanın bir qrup jurnalisti Gəncə şəhərinə səfər edib. Bu barədə Report sentyabrın 28-də məlumat yayıb.
Jurnalistlər şəhərdə raket atəşi nəticəsində dağılmış yerlərə baş çəkiblər.
Media nümayəndələrinə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ötən il oktyabrın 11-də və 17-də Ermənistan tərəfindən ballistik raketlərlə atəşə tutulması haqda məlumat verilib.
Raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan xəsarət alıb.
Bundan əvvəl, sentyabrın 20-də gürcü jurnalist və blogerlərin Gəncəyə səfəri baş tutub. Həmçinin onlar işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl və Şuşada olublar.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.