Universitetlərdə COVİD-19 pasportu necə yoxlanılacaq

Sentyabrn 7-də Təhsil Nazirliyi tərəfindən keçirilən brifinq zamanı ali təhsil müəssisələrində, kolleclər və digər təhsil müəssisələrində sentyabrın 29-dan əyani təhsilin başlayacağı qeyd edilib.

Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşdan yuxarı hər kəs COVID-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər. Vaksinə əks göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.

Prosessə nəzarət təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aparılacaq.

DİN sözügedən qərarla bağlı ali təhsil müəssisələrində monitorinqlər aparılacağını, 18 yaşdan yuxarı tələbələrin COVİD-19 sertifikatı olmazsa, tələbənin yox, həmin təhsil müəssisəsinin rəhbərliyinin məsuliyyət daşıyacağını bildirib.

İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub. Bu barədə avqustun 19-da Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Universitetlərdə COVİD-19 pasportu necə yoxlanılacaq”

Tövsiyə xəbərlər