Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Universitetlərə hazırlıq kursları: abituriyentlər üçün hara daha sərfəlidir?

Yeni tədris ilinin başlaması ilə əlaqədar abituriyentlər artıq hazırlıq kurslarına, repetitorlara üz tuturlar. İnsanoid bölgələrdəki hazırlıq kurslarının qiymətləri barədə maraqlanıb.

Zaqataladakı “İdec group” tədris mərkəzində dərslər fərdi və qrup şəklində keçirilir. Mərkəz Faiq Əmirov küçəsi, 5 saylı poçt şöbəsinin yaxınlığında yerləşir. Bir ay üçün ödəniş 90 manat təşkil edir.

Həmin şəhərin Heydər Əliyev prospekti, 66-68 ünvanında “Kainat” tədris mərkəzinin filialı fəaliyyət göstərir. Buraya həm Azərbaycan, həm də rus bölmələrində oxuyanlar müraciət edə bilərlər. Qiymətlər ixtisas qruplarına görə dəyişir. I – III qrup üçün hazırlaşanlar 220, IV qrup üçün 264, V qrup üçün isə 140 manat ödəməlidirlər.

Fətəli xan Xoyski, 1 küçəsindəki Şəki Hazırlıq Mərkəzində abituriyent, təkmilləşdirmə, məktəbəhazırlıq, ingilis dili və MİQ kursları tədris olunur. Burada digərlərindən fərqli olaraq, illik ödəniş tələb edilir. I və IV ixtisas qrupları üçün 2 700 (informatikasız 2 500), II və III qruplar üçün 2 500, V qrup üçün isə 1 680 manat verilməlidir.

Kaspi Təhsil Şirkətinin Qəbələ filialı Elçin Kərimov küçəsində xidmət göstərir. Dərslər həftənin 4 günü təşkil olunur. I – III qruplar üçün hazırlıqların qiyməti 160 manat, IV qrup üçün 190 manat, V qrup üçün isə 95 manatdır.

Reduco TM-in Şəmkirin Kür qəsəbəsindəki filialı həftənin 6 günü saat 09:00-dan 20:00-dək işləyir. Hər fənn üçün aylıq ödəniş 30 manatdır.

Həmin rayondakı Express Təhsil Mərkəzi (Səməd Vurğun küçəsi, 166) hər gün şagirdləri qəbul edir. İş saatları: 09:00 – 19:00. Azərbaycan bölməsi üzrə hazırlıqlar həftənin 3 günü keçirilir. Aylıq ödəniş 175 manat, illik isə 1 200 manat təşkil edir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx