TÖVSİYƏ XƏBƏRLƏR

Universitetlərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Universitetlərə qəbul olunanların qeydiyyat müddəti 20 sentyabr saat 18:00-dək uzadılıb. Bu barədə 18 sentyabr tarixində Report xəbər verib.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Bu müddətdə qeydiyyatdan keçməyən abituriyentin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Eyni zamanda hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin də portal vasitəsilə qeydiyyatı davam edir və 20 sentyabr saat 18:00-da bitəcək. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 25 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx