TÖVSİYƏ XƏBƏRLƏR

Uşağa siqaret çəkdirərək video paylaşan şəxs saxlanılıb

Uşağa siqaret çəkdirən şəxs saxlanılıb. Bu barədə sentyabrın 5-də Oxu.Az-a DİN-dən məlumat verilib.

Belə ki, ötən gün sosial şəbəkələrdə gənc oğlanın azyaşlı uşağa siqaret çəkdirməsi ilə bağlı videogörüntü yayılmışdı.

Həmin şəxsin 2000-ci il təvəllüdlü taksi sürücüsü Orxan Mustafayev olduğu müəyyən edilib.

O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq qazanmaq üçün belə paylaşım edib.

Hazırda araşdırmalar davam etdirilir. Əmələ hüquqi qiymət veriləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx