TÖVSİYƏ XƏBƏRLƏR

Usta işlədiyi evdən 15 min manatlıq oğurluq edib

Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Bu barədə 6 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq, oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb.

Şübhəli bilinən, qeyd edilən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb. Onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx