Daxili işlər orqanlarının əməkdaşları yanvarın 18-də qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin üstünü açıblar. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi xəbər verib.
Statistikanı təqdim edirik:
- Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib;
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.