Bakıda üzərinə manqal aşan azyaşlı ölüb. Bu barədə Report 26 may tarixində xəbər verib.
4 yaşlı Rəhim Səfərov mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb.
R.Səfərov Klinik Tibbi Mərkəzə aparılsa da, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.