Üzgüçülük üzrə Azərbaycan millisinin heyəti test yarışları ilə müəyyənləşəcək. Bu barədə Report 28 fevral tarixində xəbər verib.
Martın 10-11-də Bakı Su İdman Sarayında təşkil olunacaq yoxlama yarışlarının yekununa əsasən, yığmanın əsas və ehtiyat üzvləri formalaşacaq.
Bunu millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Komanda hazırda Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Toplanış martın 3-dək davam edəcək.