TÖVSİYƏ XƏBƏRLƏR

Vətən müharibəsi şəhidlərinin övladları üçün tədbir keçirilib

Oktyabrın 8-də Bakıda Vətən müharibəsi şəhidlərinin övladları üçün “Hərə bir qəhrəman oldu” adlı tədbir həyata keçirilib.

Layihə 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar DOST Agentliyi, YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşüb, onlara öz uğur hekayələrini danışıblar. Tədbirin məqsədi uşaqlara mənəvi dəstək göstərmək olub.

Həmçinin layihə çərçivəsində şəhid övladları üçün təlimlər təşkil olunacaq, onlara karyera seçimlərində dəstək göstəriləcək.