Vətən müharibəsinin 10 qazisi protezlə təmin ediləcək

İkinci Qarabağ müharibəsində xəsarət alaraq yuxarı ətrafları amputasiya olunmuş 10 qazi yaxın günlərdə yüksək texnologiyalı protezlə təmin olunacaq. Ümumilikdə yuxarı ətrafları amputasiya olunmuş 29 qazi var. Bu barədə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Dövlət Agentliyinin Protez-Ortopedik İstehsal və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov sentyabrın 23-də məlumat verib.

Direktorun sözlərinə görə, İslandiyanın ÖSSUR şirkətinin istehsal etdiyi son nəsil protezlər mərkəzə çatdırılıb. O bildirib ki, ÖSSUR i-Limb Ultra bioelektrik fırçasının 18 fərqli tutma seçimi mövcuddur, həmçinin fırçaya 6 silikon əlcək də daxildir.

2020-ci ilin dekabr ayından etibarən İkinci Qarabağ müharibəsində aşağı ətrafları amputasiya olunmuş 142 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Vətən müharibəsinin 10 qazisi protezlə təmin ediləcək”

Tövsiyə xəbərlər