Vətən müharibəsinin qaziləri protezlərlə təmin edilib

Avqustun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin daha bir qrup qazisini yüksək texnologiyalı protezlərlə təmin edib. İkinci Qarabağ müharibəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 114 qazi 118 yüksək texnologiyalı protezlə təmin olunub.

Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təmin olunma işləri davam etdirilir.

Səhiyyə Nazirliyinin baş oftalmoloqunun sözlərinə görə, 150-dən çox Vətən müharibəsi iştirakçısının müalicəsi üçün İsraildən mütəxəssislər dəvət olunub. Onlar üçün fərdi göz protezləri hazırlanıb.

Müharibədən sonrakı dövrdə Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil klinikasının briqadaları bir neçə rayonlarda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx