Vaksin olunmayan müəllimlər məktəblərə buraxılmayacaq

Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bu barədə sentyabrın 9-da Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, təhsil işçilərinin 80%-dən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib. Təhsil işçiləri cari ilin yanvar ayından keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır.

Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı olan təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər.

Dərslər əyani formada ibtidai siniflərdə sentyabrın 22-də, orta və yuxarı siniflərdə və universitetlərdə isə sentyabrın 29-da başlanacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Vaksin olunmayan müəllimlər məktəblərə buraxılmayacaq”

Tövsiyə xəbərlər