Vaksin tələbi restoranlarda müştəri sayını azaldıb

Sentyabrın 1-dən tədbiq olunan vaksin tələbi restoranlarda müştəri sayını azaldıb. Bu barədə Baku TV 3 sentyabr tarixində reportaj hazırlayıb.

Restoranların birində şef-ofisiant vəzifəsində işləyən Rüstəm Kərimovun sözlərinə görə, vaksin tələbindən sonra müştəri sayında 30% azalma var.

“Əvvəl dozasız icazə verirdilər, indi bir doza tələbi var. Məcbur olub müştəriləri terrasda əyləşdiririk. Terrasda da yer az olduğuna görə, bu tələb işimizə mənfi təsir edir”, – deyə restoran meneceri Abdulla Sultanov bildirib.

Nazirlər Kabinetinin verdiyi qərara əsasən, 1 sentyabr tarixindən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət obyektlərinə birinci doza vaksin vurduran şəxslər buraxılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Vaksin tələbi restoranlarda müştəri sayını azaldıb”

Tövsiyə xəbərlər