TÖVSİYƏ XƏBƏRLƏR

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq ediləcək

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq. Bu, “Sosial xidmət haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Bu barədə 12 sentyabr tarixində Report xəbər verib.

Həmin şəxslər 18 yaşına çataraq sosial xidmət müəssisələrindən çıxandan sonra ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, kirayə haqqını ödəyə bilmirdilər.

Qanuna təklif edilən dəyişikliyə əsasən, indi onlar çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar. Eyni zamanda onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx