Valideynlər hansı halda övladlarını məktəbə göndərməyə bilər?

Övladlarını məktəbə göndərmək istəməyən valideynlər bunu yalnız iki halda edə bilərlər. Bu haqda təhsil nazirinin müşaviri sentyabrın 14-də bildirib.

Birinci hal ondan ibarətdir ki, yoluxma sayının yüksək olduğu zonada yaşayan valideynlər övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan valideynlər uşaqlarını məktəbə göndərməməlidir və xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir.

Ötən ilki tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.

22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Həmçinin ali təhsil müəssisələri sentyabrın 29-da açılacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Valideynlər hansı halda övladlarını məktəbə göndərməyə bilər?”

Tövsiyə xəbərlər