Valideynlər qızlarını qətlə yetirən hakimin bağışlanmasını istəyiblər

Həyat yoldaşını öldürməkdə təqsirli bilinən sabiq hakim Fəqan Əhmədovun cinayət işi üzrə avqustun 26-da məhkəmə prosesi keçirilib.

Mərhum Pərvanə Əhmədovanın atası ifadəsində bildirib ki, kürəkənini bağışlayıb: “Bu hadisə bədbəxt hadisədir. Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədov bağışlansın. Həyat yoldaşım və mən yaşlı adamlarıq və üç uşağa baxa bilmərik”.

Daha sonra zərərçəkmişin anası da ifadəsində Fəqan Əhmədovun bağışlanmasını xahiş edib: “Ailə münasibətlərində heç vaxt hər hansı bir problem olmayıb, çox mehriban idilər. Fəqan mənim oğlum kimidi”.

Təqsirləndirilən şəxsin anası, qardaşı və dayısı da eyni məzmunda ifadə verib. Onlar cütlük arasında ciddi problem yaşanmadığını bildiriblər və olanları bədbəxt hadisə kimi gördüklərini deyiblər.

Növbəti iclas sentyabrın 16-na təyin olunub.

İstintaqla 2021-ci il mayın 30-da Fəqan Əhmədovun ov tüfəngindən atəş açaraq həyat yoldaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin sabiq hakimidir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Valideynlər qızlarını qətlə yetirən hakimin bağışlanmasını istəyiblər”

Tövsiyə xəbərlər